cod əllər (qabarla örtülmüş əllər)

the calloused hands заскорузлые руки
ciyərli olmaq (qorxmaz olmaq)
cod su
OBASTAN VİKİ
Əllər
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
Etibarlı Əllər (1973)
Qızıl Əllər (1967)
Şəfalı Əllər (1968)
Bacarıqlı əllər (film, 1963)
Bacarıqlı əllər qısametrajlı sənədli filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1963-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məşhur pambıq ustası Qüdrət Səmədova həsr olunmuşdur. == Məzmun == Film məşhur pambıq ustası Qüdrət Səmədova həsr olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nurəddin Babayev Rejissor: Əlihüseyn Hüseynov Operator: Əlihüseyn Hüseynov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Etibarlı əllər (film, 1973)
Qızıl əllər (film, 1967)
Şəfalı əllər (film, 1968)
Film insanları yenidən həyata qaytaran əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zülfüqar Məmmədovdan, onun məharətindən, şəfalı əllərindən danışır. Filmdə əsas mövzu həkimin ümidinə verilmiş sağlamlıq, həyat və insan taleyidir. Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: A.Sadıqov Səs operatoru: Şamil Kərimov "Yeni sənədli filmlər" [Azərbaycanın sənədli kino ustalarının çəkdikləri "Şəfalı əllər" filmi haqqında] //Kino yenilikləri.- 1969.- 21 yanvar.
Məxmər əllər (film, 1979)
Məxmər əllər (ita: Mani Di Velluto) — 1979-cu ildə Castellano və Pipolonun rejissorluq etdiyi, baş rollarda Adriano Çelentano və Eleonora Giorginin çəkildiyi italyan komediya filmidir. Mühəndis Qvido Kviller (Guido Quiller) zərgərlik mağazaları üçün zirehli şüşə sataraq özünə sərvət qazanmışdır; onun sərvəti 12 milyard lirə (1978-ci ilin məzənnəsi ilə 383.000 dollar) olaraq qiymətləndirilir. Amma o, istehsal etdiyi şüşələri ilə sığorta şirkətlərini və quldurları qəzəbləndirməyi də bacarmışdır. Arvadı (və sevgilisi) ondan boşanmaq və bütün pulunu ondan almaq istəyir. Sevgilisi ilə görüş zamanı Qvido ona boşandıqdan sonra tamamilə yoxsullaşacağını və hər şeyi yenidən başlamaq istədiyini bildirir. Ancaq qız yalnız onun bank hesabı ilə maraqlanır və onu tərk edir. Qvido qızın unutduğu pul kisəsini onun özünə qaytarmaq üçün sevgilisinin arxasınca gedərək mopedə minir, lakin mindiyi mopedin əyləci sıradan çıxır və Qvido fəvvarəyə düşür. Bu zaman onu maşında izləyən bir oğru ailəsi əlində çanta olan Kvilleri pul kisəsini oğurlayan həvəskarla səhv salırlar. Kviller fəvvarəyə yıxılandan sonra onun üzərində sənədləri tapmayan oğru ailəsi onu özləri ilə öz evlərinə aparmaq qərarına gəlir. Bu oğru ailəsində qızın babası həbsdədir, nəvə cibgirdir, qardaşı isə saxta pul çap edir.
Ustalar-qızıl əllər (film, 1976)
Namuslu, pak, əməksevər, öz işini ürəkdən sevən adamlar üçün heç bir çətinlik qorxulu deyil. Onların ustalığı, işgüzarlığı hətta qəddar sehrbazın əməllərindən də güclüdür. Cizgi filmi tamaşaçılara bu fikri aşılayır. Kukla filmidir.
Əllər və rənglər (film, 1974)
Filmin süjeti təzadlar üzərində qurulmuşdur. Burada rəssam Toğrul Nərimanbəyovun "Xoşbəxtlik", "Həyat Naminə" rəngkarlıq əsərləri gözlərimiz önündə canlanır. Onu xalça toxuyan qızın əlləri əvəz edir. Heykəltəraşın yeni əsər üzərində necə həvəslə işlədiyini görürük. Bu vaxt ekranda xronikal kadrlar nümayiş etdirilir. Hitlerçilər minlərlə günahsız insanları güllələyir, asırlar. Onların əlləri qana batır. Yenidən ekranda rəssamlarımızdan Kamil Nəcəfzadənin "Analıq", Toğrul Nərimanbəyovun "Şəhər Bazarı", R.Babayevin "Çayçı" əsərləri nümayiş etdirilir. Bu gözəl əsərləri birdən-birə Vyetnam müharibəsi əvəz edir. Göydən yerə bombalar yağış kimi yağdırılır, kəndlər yandırılır, qadınlar, uşaqlar, qocalar məhv edilir, qan su yerinə axıdılır.
Cod xəndəkotu
Cod xəndəkotu (lat. Symphytum asperum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi 30-60 sm-ə qədər hündürlükdə, çox budaqlı, möhkəm qısa, aşağı qövsvari, bir az qabarıq tikanlı qıllardan tikanlı-nahamardır. Yuxarı yarpaqlar qısa, lakin, görünən saplaqların üzərində və ya oturaq olaraq yumurtavari-uzunsov və ya uzunsovdur, ən yuxarıdakılar lansetvariyə qədər, uzun itiuclu, aşağı hissədən adətən kifayət qədər sıx və yumşaq tükcüklərdən bozumtuldur; orta damar boyunca qısa qarmaqşəkilli tikancıqlıdır, yuxarı hissədən cod və seyrək tükcüklüdür. Çiçək tacı mavi, xaricdən nöqtəli-əmzikşəkillidir, başcıqlı dişicik ağzı var. Eremləri demək olar ki, qara, yarıməyilmiş, yumurtavari, arxa hissəsi torvari-qırışlıdır. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, dağ çaylarının kənarlarında bitir.
Cod su
Cod su — yüksək mineral tərkibli sudur ("yumşaq su"dan fərqli olaraq). Cod su əsasən kalsium və maqnezium karbonatlarından, bikarbonatlardan və sulfatlardan ibarət olan əhəngdaşı, təbaşir və ya gips yataqlarından su süzüldükdə əmələ gəlir. Cod içməli suyun orta dərəcədə sağlamlıq faydaları ola bilər. Qazanlarda, soyutma qüllələrində və suyu idarə edən digər avadanlıqlarda baha başa gələn nasazlıqların qarşısını almaq üçün suyun sərtliyinə nəzarət edildiyi sənaye şəraitlərində kritik problemlər yarada bilər. Məişət şəraitində cod su tez-tez sabun suda qarışdırıldığı zaman köpük əmələ gəlməsinin olmaması, çayniklərdə və su qızdırıcılarında əhənglərin əmələ gəlməsi ilə ifadə edilir. Suyun sərtliyi narahatlıq doğuran yerdə, cod suyun mənfi təsirlərini azaltmaq üçün suyun yumşaldılması adətən istifadə olunur. Təbii yağış suları, qar və digər yağıntı formaları adətən kalsium və maqnezium kimi ikivalentli kationların aşağı konsentrasiyasına malikdir. Onlar dəniz üzərində küləyin təsirindən əldə edilən natrium, xlorid və sulfat kimi ionların kiçik konsentrasiyalarına malik ola bilərlər. Yağıntının cod, su keçirməyən və kalsiumdan zəif süxurlardan əmələ gələn drenaj hövzələrinə düşdüyü yerlərdə yalnız ikivalentli kationların çox aşağı konsentrasiyası tapılır və su yumşaq su adlanır. Nümunələrə Uelsdəki Snoudoniya və Şotlandiyanın Qərbi Dağları daxildir.